Çin hakimiyyəti Palau hökumətinin ÇXR-in Sakit okean regionunda ballistik raket sınaqları keçirməsi ilə bağlı narahatlığını əsassız hesab edir.
“İki sahil” TASS-s istinadla xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Ciyan bildirib ki, bu cür fəaliyyəti məhdudlaşdırmaq cəhdləri "bədxah xarakter daşıyır və diqqətə layiq deyil".
"Palau tərəfinin bəyanatları əsassızdır, bədxahdır və diqqətə layiq deyil", — deyə o, keçirilən brifinqdə vurğulayıb.
Çinli diplomat bu şəkildə jurnalistin Palau Prezidenti Surangel Uippsin mövqeyi ilə bağlı sualını cavablandırıb. Uippsi Sakit okean ada dövlətlərinin ÇXR-in qitələrarası ballistik raketlərinin sınaq marşrutunu məhdudlaşdıracağına ümid etdiyini bildirmişdi. Palau lideri Pekinin bu sınaqlar üçün nədən "Çinlə ABŞ arasındakı açıq akvatoriyanı" seçmədiyini və Tuvalu ilə Solomon Adalarının ərazi sularına yaxın ərazilərdə hərəkət etdiyini sorğulamışdı.