İspaniyanın hüquq-mühafizə organları müəyyən ediblər ki, iyulun sonunda kütləvi axın zamanı İspaniyanın Seuta muxtar şəhərinin ərazisinə keçən onlarca qanunsuz miqrant krallığın materik hissəsinə çatmağı bacarıb.
“İki sahil” xəbər verir ki, bu barədə "ABC" qəzeti mənbələrə istinadla məlumat yayıb.
Polisin məlumatına görə, cinayətkar qruplaşmalar böhrandan istifadə edərək Cəbəllüttariq boğazı vasitəsilə Əndəlüs sahillərinə insanların qanunsuz daşınmasını təşkil ediblər. Qanunsuz daşınma üçün cinayətkarlar hidrosikl və qayıqlardan istifadə edirlər. Nəşrin yazdığına görə, miqrantlar adətən Kadis əyalətinin sahillərinə çıxarılır.
İyulun sonunda on minlərlə qanunsuz miqrant şəhəri Mərakeşdən ayıran dalğaqıranı üzərək və ya piyada keçərək Seutaya çata bilmişdi. Böhran fonunda Madrid yaşayış məntəqəsində təhlükəsizliyin təmin edilməsinə kömək etmək üçün hərbçiləri cəlb etmək qərarına gəlib. Qanunsuz miqrantların böyük əksəriyyətinin artıq Mərakeşə qayıtdığı ehtimal olunur, lakin İspaniya hakimiyyətinin məlumatına görə, şəhərdə hələ də 5 minə yaxın miqrant qala bilər.
Paşinyan Ermənistanın ABŞ ilə əlaqələrinin genişlənəcəyinə əminliyini ifadə edib