Bizim belə siyasi əxlaqsızlara ənənvi cavabımız: it hürər karvan keçər…
Son dövrlərdə Rusiya Federasiyasının media və informasiya məkanında cəmləşmiş antiAzərbaycan qüvvələri ölkəmizə qarşı böhtan və qaralama kampaniasını genişləndiriblər. Belə ki, avqustun 13-də Rusiyada «Çistota ponimaniya» layihəsi çərçivəsində yayımlanan verilişdə respublikamıza və xalqımıza qarşı səsləndirilən ifadələr siyasi etikadan və mədəni dəyərlərdən çox uzaq olduğunu bir daha göstərmiş oldu. Həmçinin avqustun 7-də “Sputnik” radiosunda yayımlanan proqramda səsləndirilən fikirlər əxlaqsızlığın kuliminasiya nöqtəsi oldu.
Bundan başqa, avqustun 9-da “YouTube” platformasında, avqustun 16-da “Spas” telekanalında Azərbaycanın rəhbərliyinə qarşı yenidən təhqir məzmunlu materialın yayımlanması və təxribatçı fikirlərin səsləndirilməsi isə artıq onların dövlətimizə və xalqımıza qarşı əsl düşmənçilik niyyətlərini ortaya qoydu. Bu, əslində Azərbaycan dövlətinin daxili siyasi proseslərinə müdaxilədir və xalqımıza, Azərbaycan rəhbərliyinə qarşı fiziki zorakılıq xarakterli çağırışların səsləndirilməsidir.
Məhz belə siyasi əxlaqsızlığın və ölkəmsizə qarşı qərəzli münasibətlərin qrşısının alınması, eyni zamanda, antiAzərbaycan kampaniyasına son qoyulması üçün Azərbaycanın Xarici İşlər Nazirliyi Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimovu Xarici İşlər Nazirliyinə çağırıb. Görüş zamanı son dövrlərdə Rusiya Federasiyasının media və informasiya məkanında Azərbaycan Respublikası, Azərbaycan xalqı və ölkə rəhbərliyi əleyhinə səsləndirilən təxribat, təhqir və təhdid xarakterli açıqlamalarla bağlı Azərbaycan tərəfinin ciddi narahatlığı və qəti etirazı Rusiya tərəfinin diqqətinə çatdırılıb və belə halların qəbuledilməz olduğu vurğulanıb. Xüsusilə qarşı tərəfə bildirilib ki, dəfələrlə Azərbaycana yönəlik sözügedən fəaliyyətlərin qarşısının alınmasına dair çağırışlara və məsələnin müxtəlif siyasi səviyyələrdə müzakirə edilməsinə baxmayaraq, analoji ritorikanın daha sərt formada davam etməsi ciddi narahatlıq doğurur. Qeyd edək ki, Azərbaycan Mətbuat Şurası da məsələ ilə bağlı sərt mövqe ortaya qoyub və Rusiya informasiya məkanında bu cür materialların sistemli şəkildə yayılmasına etiraz edib.
Burada belə bir haqlı sual yaranır: Rusiyanın bəzi media resurslarında antiAzərbaycan təbliğatı və qərəzli münasibəti nədən qaynaqlanır? İlk növbədə qeyd edək ki, Azərbaycanın Cənubi Qafqazdakı gücünün artıq reionda deyil, eyni zamanda, dünyada tanınması Rusiyadakı bəzi antiAzərbaycan, (hətta onlara qatı ermənipəstlər də demək olar) quvvələri ciddi şəkildə narahat edir. Xüsusilə artıq Cənubi Qafqazın söz sahibinə çevrilən Azərbaycanın bölgədə sülh və sabitlik yaratması Rusiyadakı bəzi qüvvələri ciddi narahat edir. Yəni, artıq Rusiyanın bu bölgədə əvvəlki təsir rısaqlarınınn bir işə yaramaması onlarda ciddi qıcıq və kin yaradır.
Ən mühümü isə qardaş Türkiyə ilə strateji müttəfiqliyimiz, Avropa ilə enerji əməkdaşlığımız, Mərkəzi Asiya ilə əlaqələrimizin genişlənməsi, Orta Dəhlizin uğurlu perspketivi, dünyanın supergücləri olan ABŞ və Çin Xalq Respublikası ilə dərinləşən iqtisadi əməkdaşlığımız onları ciddi şəkildə narahat edir. Bir sözlə, bütün bunlar birmənalı olaraq Rusiyanın regiondakı ənənəvi təsir imkanlarını heçə endirir. Bundan başqa, Qarabağ və Şərqi Zəngəzurun azad edilməsi və oralarda aparılan genişmiqyasılı tikinti-quruculuq işləri, o cümlədən keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışı bu ermənipərəst qüvvələrin bütün gələcək planlarını alt-üst edir. Yəni, artıq Rusiya regionda əvvəlki kimi at oynada bilmir. Çünki bölgənin söz sahibi artıq Azərbaycandır.
Rusiyanı narahat edən digər mühüm amil Zəngəzur dəhlizinin (TRİPP) onun iradəsindən kənar açlması qorxusudur. Qeyd edəki, 2025- ilin avqustun 8-də Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Vaşinqtonda keçirilən üçtərəfli görüş Cənubi Qafqazda uzunmüddətli münaqişənin həllinə doğru atılan ən uğurlu addımlardan biri kimi tarixə yazıldı. Xüsusilə Cənubi Qafqazda sülhün bərqərar olmasına mane olan digər region ölkələrinə sərt təpki göstərildi. Üçtərəfli görüşün əsas nəticəsi sülh sazişinin paraflanması, regionda yeni nəqliyyat-logistika reallıqlarının formalaşdırılması və yeni əməkdaşlıq perspektivlərinin yaranması oldu.
Burada dünyanın diqqətin çəkən mühüm siyasi mənzərə Prezident Donald Trampın Prezident İlham Əliyevi Ağ Evdə səmimi və dostcasına qarşılamsı oldu. Xüsusilə Ağ Evin rəmzi açarlarının ölkəmizin başçısına verilməsi ABŞ rəhbərliyinin xalqımıza və dövlətimizə sayğısının bariz nümunəsi idi. Eyni zamanda, rəsmi Vaşinrtonun Azərbaycan Prezidentinin siyasi fəaliyyətinə və beynəlxalq nüfuzuna sərgilədiyi səmimi duyğular idi. Bu, həmin dövr idi ki, beynəlxalq miqyasda dünya liderləri ABŞ kimi fövqəlgüc ölkənin rəhbəri ilə görüşmək üçün aylarla çalışırdılar. Çünki ABŞ Prezidenti dünya düzəninə yeni nizam gətirən dövlət adamı idi və onun digər ölkələrə münasibətindən çox şey asılı idi. Məhz belə bir zamanda Prezident İlham Əliyevlə Prezident Donald Tramp arasında aparılan məzmunlu və faydalı danışıqlar iki ölkə arasında etimad mühitini bərpa etdi və əlaqələri strateji tərəfdaşlıq müstəvisinə yönəltdi. Təbii ki, sözügedən görüş zamanı imzalanmış Anlaşma Memorandumu gələcək strateji əlaqələr üçün möhkəm hüquqi-siyasi status qazandı. Bunun davamı olan çox mühüm sənəd isə cari fevralın 10-da Bakıda imzalandı. Həmin sənəd «Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası» idi. Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vens imzalayıblar. Sözügedən sənədlə iki ölkənin strateji tərəfdaşlığı artıq hüquqi qüvvəyə minmiş oldu və region ölkələri anladılar ki, bundan sonra da Azərbaycanın iqtisadi və hərbi qüdrəti ancaq yüksələcəkdir. Bax, Azərbaycan üçün önəmli olan bu siyasi hadisələr də Rusiyadakı antiAzərbaycan qüvvələri pərişan edib.
Ancaq güman etmək olar ki, Rusiyadakı ağıllı başlar bu antiAzərbaycan təbliğatına son qoymaqla ölkəmizlə toqquşan maraqları deyil, bölgənin inkişafı naminə qovuşan maraqları dəstəkləyəcəklər. Çünki onlar buna məhkumdurlar. Burada bir atalar sözümüzün də yeri gəldi deyə yazmağa məcburam: "İt hürər karvan keçər". Yəni, bizim kimsədən qorxumuz olsaydı müasir dünya tarixində işğaldan torpaq azad edən ilk və qüdrətli dövlət olmazdıq.
Elçin Zaman, "İki sahil"