18 avqust 2026 18:32
123

Tramp: İranla danışıqlar aparmırıq və belə niyyətimiz də yoxdur

Vaşinqton İranla danışıqlar aparmır və aparmağı planlaşdırmır.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social"da yazıb.

"İran İslam Respublikası ilə heç bir danışıqlar və ya təmaslar yoxdur və planlaşdırılmır", - Tramp yazıb.

Onun sözlərinə görə, İranın hərbi-dəniz blokadası tam qüvvədədir. Bununla belə, Hörmüz boğazı açıqdır və fəaliyyətini davam etdirir.

"Bütün dəniz minaları təmizlənib və ya zərərsizləşdirilib", - o qeyd edib.