19 avqust 2026 09:48
138

ABŞ Kanada mallarına tətbiq edilən tarifləri üç gün müddətinə dayandırıb

Amerika Birləşmiş Ştatları (ABŞ) Kanada mallarına tətbiq edilən 50 faizlik tarifləri avqustun 19-dan başlayaraq üç gün müddətinə dayandırıb.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

O, deyib ki, buna səbəb Kanadanın və ABŞ-nin sənədlərin yekun təsdiqini nəzərə alaraq razılığa gəlməsidir.

Donald Tramp əlavə edib ki, Kanadanın Alberta əyalətindən Texasa qədər uzanan və əvvəlki Prezident Co Bayden administrasiyası tərəfindən bloklanmış Keystone XL neft kəməri layihəsi yenidən bərpa oluna bilər.