Polşanın keçmiş baş naziri Mateuş Moravetski (2017–2023) ölkədə qanunları pozan xarici vətəndaşların deportasiyası ilə məşğul olacaq xüsusi xidmət orqanının yaradılmasının vacibliyini bəyan edib.
“İki sahil” xəbər verir ki, o, bu, barədə "Radio Zet" radiostansiyasına bildrib.
"Bu insanlar (xidmət əməkdaşları) müvafiq forma geyinəcəklər, bu xidmət Polşa küçələrində sakitliyin əlavə zəmanətinin çox aydın sübutu olacaq",- deyə Moravetski qeyd edib.
Eyni zamanda, Moravetski Polşada olan hər bir xarici miqrant üçün internetdə məcburi qaydada dosye yaradılmasını təklif edib: "Bu, vahid bir sistem olacaq və onun sayəsində dövlət kimin Polşada qanuni qaldığını, harada işlədiyini, vergi ödəyib-ödəmədiyini və qaydalarımıza riayət edib-etmədiyini biləcək".
Hazırda Polşada xaricilərin deportasiyası ilə Sərhəd Mühafizə Xidməti və polis məşğul olur.