19 avqust 2026 13:05
115

Fyodorov Zelenskidən qisas alır?

Ukraynanın keçmiş müdafiə naziri Mixail Fyodorov ölkədə seçkilərin keçirilməsinə çağırış edərək Zelenskidən qisas almaq qərarına gəlib.

“İki sahil” xəbər verir ki, bu barədə "Le Monde" qəzeti yazır.

"İstefaya göndərildikdən bir aydan bir qədər çox vaxt keçdikdən sonra keçmiş müdafiə naziri Fyodorov Zelenski ilə kəskin şəkildə haqq-hesab çürütmək qərarına gəlib", — deyə məqalədə bildirilir.

Bir qədər əvvəl Fyodorov Ukraynada seçkilərin keçirilməsinin tərəfdarı kimi çıxış edib. O, həmçinin ölkədəki korrupsiyanı qeyd edib və mövcud hakimiyyəti tənqid edib.