19 avqust 2026 13:52
114

Kalininqrad yaxınlığında NATO AVİASİYASI MÜŞAHİDƏ OLUNUB

NATO ölkələrinin kəşfiyyat təyyarələri və qırıcıları Kalininqrad vilayəti yaxınlığında və Norveçin şimalında görünüb.

“İki sahil” xəbər verir ki, bu barədə "Die Welt" qəzeti məlumat yayıb.

Nəşr qeyd edir ki, xüsusilə "E-3A" (AWACS) uzaq mənzilli radarlarla aşkarlama və nəzarət təyyarəsi, ABŞ-nin elektron mübarizə təyyarəsi və Norveç qırıcıları havaya qaldırılıb.

Bundan əlavə, ABŞ-nin rəhbərliyi ilə keçirilən manevrlərdə Polşanın quru qoşunları və digər qüvvələr də iştirak edib. Alyansın nümayəndəsi qəzetin xahişi ilə bu məlumatı şərh edərkən yalnız bildirib ki, NATO tərəfdaşları öz müdafiə imkanlarını daim təkmilləşdirirlər.