19 avqust 2026 14:44
105

"Reuters": NATO Avropadakı ABŞ bazalarını qorumağa hazır olduğunu bəyan edib

NATO İranın mümkün zərbələri halında Avropadakı ABŞ bazalarını qorumağa hazır olduğunu iddia edir.

“İki sahil” xəbər verir ki, bu cür hücumların ehtimalı barədə "Financial Times" qəzetinə "rəsmi Tehrana" yaxın olan anonim mənbələr məlumat verib.

"NATO nümayəndəsi İran tərəfindən Avropadakı Amerika hədəflərinə qarşı olası hücumlarla bağlı bildirib ki, NATO hər bir təhdidə cavab verməyə hazırdır və bütün üzv ölkələri müdafiə etmək üçün mümkün olan hər şeyi edəcək", — deyə "Reuters" agentliyi məlumat yayıb.