Sudanda Çevik Reaksiya Qüvvələrinin 300-dən çox döyüşçüsü ordu sıralarına keçib.
“İki sahil” xəbər verir ki, bu barədə "Africanews" telekanalı məlumat yayıb.
Məlumata görə, 318 üsyançıdan ibarət qrupa general-mayor Musa Əli Əhməd rəhbərlik edir. Hərbi qulluqçular təxminən 50 döyüş maşını ilə silah və digər hərbi texnika ilə Şimali ştatının Əd-Dabba şəhərinə gəliblər.
Əhmədin sözlərinə görə, Çevik Reaksiya Qüvvələrindən ayrılmaq qərarı onun sıralarında institusional idarəçiliyin olmaması səbəbindən verilib. O, bölməsinin Sudanın birliyi və sabitliyi uğrunda hökumət qüvvələri ilə birlikdə döyüşməyə hazır olduğunu bildirib.
Onları sərhəd qoşunlarının komandiri polkovnik Məhəmməd Saleh Yunis qarşılayıb. O, Çevik Reaksiya Qüvvələrinin digər döyüşçülərini sə Silahlı Qüvvələrə qoşulmağa çağırıb.
Xatırladaq ki, Sudan Ordusu ilə Çevik Reaksiya Qüvvələrinin arasında silahlı münaqişə 2023-cü ilin aprelindən davam edir. BMT-nin məlumatına görə, döyüşlər nəticəsində azı 59 000 insan həlak olub, 13 milyondan çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Kiyev və Kopenhagen Danimarkada dron istehsalı üzrə birgə müəssisə yaradacaqlar