ABŞ-nin quru qoşunları altı aydan bir qədər çox müddətdən sonra pilotsuz uçuş aparatlarının (PUA) istifadəsində ixtisaslaşmış zərbə batalyonunu ləğv etməyi planlaşdırır.
“İki sahil” xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Bölmə yanvarda Avropaya yerləşdirilib. Onun missiyası dronların və yerüstü robotların döyüş istifadəsini təcrübədən keçirmək, eləcə də yeni hərbi sistemlər və taktikalar hazırlamaq üçün Ukraynadakı döyüş əməliyyatları təcrübəsini öyrənmək idi.
Nəşrin məlumatına görə, bölmənin bəzi hərbçiləri Kiyevə səfər edərək ukraynalı həmkarları ilə görüşüb, həmçinin NATO təlim poliqonlarında dron operatorları ilə qarşılıqlı əlaqədə olublar.
ABŞ ordusu qərarı "əsaslara qayıtmaq" yanaşması kimi izah edir. Ordunun Baş Qərargah rəisi vəzifəsini icra edən general Kristofer Laniv bu yanaşmanı dəstəkləyir.
Qərar bir sıra hərbi ekspertlərin tənqidinə səbəb olub. Onlar hesab edirlər ki, ixtisaslaşmadan imtina ABŞ-nin hərbi pilotsuz uçuş aparatları (PUA) texnologiyaları sahəsində mövqeyini gücləndirmək qabiliyyətinə mane ola bilər.