Moldova parlamenti Qaqauziya ilə bağlı qanun layihələrini qəbul etmək üçün avqustun 24-də növbədənkənar sessiyaya toplanacaq. Bu qərar qanunverici organın Daimi Bürosu tərəfindən qəbul edilib.
“İki sahil” xəbər verir ki, bu barədə Moldovanın ən böyük müxalif Sosialistlər Partiyasının lideri, keçmiş prezident İqor Dodon "Telegram" kanalında yazıb.
"Parlamentin Daimi Bürosunun iclası başa çatdı və gələn həftə qanunverici orqanın növbədənkənar sessiyasının çağırılması barədə qərar qəbul olundu. İclaslar avqustun 24-ü və 25-də keçiriləcək, gündəliyə 37 layihə daxil edilib. Bunların arasında Seçki Məcəlləsinə dəyişikliklər və Qaqauziya televiziyasına aid layihə də daxil olmaqla, Qaqauziyaya aid qanun layihələri paketi var. Biz bu iki layihənin heç birini dəstəkləmirik. Eyni zamanda, geniş müzakirə olunan 2027-ci il üçün vergi siyasəti layihəsi hələlik gündəliyə daxil edilməyib", — deyə Dodon yazıb.
O əlavə edib ki, sentyabrın 3-də başlayacaq növbəti parlament sessiyasında sosialist deputatlar vətəndaşlara, fermerlərə dəstək və ölkə üçün vacib olan digər məsələlərin həllini nəzərdə tutan öz təşəbbüslərinin baxılması və qəbul edilməsində təkid edəcəklər.
Ruminiyanın "F-16" qırıcısı Qara dənizdə qaz yatağı yaxınlığında dəniz dronunu məhv edib
Hökumətin yeni proqramı "Real Ermənistan" konsepsiyası üzərində qurulub - Paşinyan
Seul KXDR-ın Yaponiya dənizi istiqamətində 10-a yaxın raket buraxdığını bəyan edib