20 avqust 2026 22:31
105

Rusiya ordusu Çernomorsk limanında iki yük gəmisini vurub

Rusiya Silahlı Qüvvələri Çernomorsk limanında Ukrayna üçün sursat və hərbi texnika daşıyan iki quru yük gəmisinə zərbə endirib.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, gün ərzində həyata keçirilən hücumlar nəticəsində gəmilərlə yanaşı, Ukrayna Silahlı Qüvvələrinin təminatı üçün nəzərdə tutulan yanacaq və sürtkü yağları ilə dolu çən də məhv edilib.