20 avqust 2026 23:40
112

Serbiyada növbədənkənar parlament seçkilərinin vaxtı açıqlanıb

Serbiyada növbədənkənar parlament seçkiləri 2026-cı ilin oktyabrında keçiriləcək.

“İki sahil” xəbər verir ki, bunu Serbiya lideri Aleksandar Vuçiç Serbiya Radio və Televiziyasının efirində bildirib.

"Hazırkı vəziyyətə görə, Serbiyada parlament seçkiləri oktyabrın 18-də və ya 25-də keçiriləcək", - deyə Vuçiç bildirib.

Bundan əvvəl o, parlament seçkilərinin 2026-cı ilin oktyabr və ya noyabr aylarında keçiriləcəyini açıqlamışdı. Avqustun əvvəlində isə Vuçiç seçkilərin böyük ehtimalla oktyabrda və ya noyabrın əvvəlində keçiriləcəyini demişdi.

Vuçiç hakim Serbiya Tərəqqi Partiyasının qələbə qazanacağına ümid edir. Bu halda onun baş nazir vəzifəsini tutması mümkün ola bilər.

Serbiya parlamentinin rəsmi məlumatına görə, növbədənkənar seçkilər parlamentin buraxılması ilə əlaqədar prezident tərəfindən elan olunur.