21 avqust 2026 08:34
131

İranın ABŞ-ın iqtisadi təzyiqinə nə qədər tab gətirəcəyini proqnozlaşdırmaq çətindir

ABŞ vitse-prezidenti Cey Di Vens bildirib ki, Vaşinqtonun İrana qarşı elan etdiyi iqtisadi təzyiq kampaniyasına Tehranın nə qədər müddət davam gətirə biləcəyini proqnozlaşdırmaq çətindir.

“İki sahil” xəbər verir ki, o, bunu Newsmax telekanalına müsahibəsində deyib.

"Bunu həmişə proqnozlaşdırmaq çətindir və açığı, diqqətimizi buna yönəltmirik. Onlara böyük təzyiq göstərilir və bu təzyiq bizim əsas məqsədimizə - onların nüvə silahına sahib olmasının qarşısını almağa xidmət edir. Onların bir neçə həftə, bir neçə ay və ya daha uzun müddət davam gətirə bilməsindən asılı olmayaraq, əsas məqsədimiz budur", - deyə Vens bildirib.

Çərşənbə günü ABŞ Prezidenti Donald Tramp İrana qarşı görünməmiş miqyasda "iqtisadi müharibə və təcrid" kampaniyasına başlanıldığını açıqlayıb.