22 avqust 2026 00:35
144

BMT Təhlükəsizlik Şurası avqustun 24-də Ukrayna ilə bağlı iclas keçirəcək

BMT Təhlükəsizlik Şurası avqustun 24-də Ukraynadakı vəziyyəti müzakirə etmək üçün toplanacaq.

“İki sahil” xəbər verir ki, bu, ümumdünya təşkilatının rəsmi saytında dərc olunan cədvəldən məlum olur.

İclasın gündəliyində "Ukraynada sülhün və təhlükəsizliyin qorunması" mövzusu yer alır. Başlanğıc Bakı vaxtı ilə saat 23:00-a planlaşdırılıb.

İclasın təşəbbüskarları qismində Avropa ölkələri, Danimarka, Fransa, Yunanıstan, Latviya və Böyük Britaniyanın daxil olduğu "E5" qrupu çıxış edib.