22 avqust 2026 00:52
140

Pekində Dünya Robototexnika Sərgisinində yeni model humanoid robotlar təqdim edilib

Avqustun 23-dək davam edəcək Pekin Dünya Robototexnika Sərgisinin ziyarətçiləri heyranlıq və yüngül narahatlıq hissi arasında demək olar ki, insan cizgilərinə malik müxtəlif "yoldaş" robotlarla tanış olublar. “İki sahil” xəbər verir ki, Çin şirkəti UBTECH burada özünün ən yeni modeli – U1 Pro-nu təqdim edib. Bu, silikon dəriyə, dəri məsamələrini və qan damarlarını təqlid edən teksturaya, həmçinin insanın bədən temperaturuna bənzər temperatura malik, insan boyunda olan androiddir.

Kişi və qadın versiyalarında təqdim olunan model üz nahiyəsində 33 sərbəstlik dərəcəsi sayəsində mikroifadələri təkrarlaya bilir. İstehsalçının məlumatına görə, o, aktivləşdirmə sözü olmadan istifadəçi ilə ünsiyyət qura və 20-dən çox emosiyanı tanıya bilir.

Ailə müşayiəti, yaşlı insanlara yardım və yüksək səviyyəli qarşılama xidmətləri üçün nəzərdə tutulan U1 Pro 169 800 yuandan (təxminən 20 min avro) başlayan qiymətlə satışa çıxarılıb. Model sırasına həmçinin 14 min avrodan başlayan Lite modeli və qiyməti 990 min yuana (təxminən 118 min avro) çatan Ultra versiyası da daxildir.