22 avqust 2026 01:10
127

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Hind okeanında, İndoneziyanın Yava adası sahillərində 5,7 maqnitudalı zəlzələ qeydə alınıb.

“İki sahil” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri 125 mindən çox insanın yaşadığı Ranqkasbitunq şəhərindən 232 km şimal-şərqdə yerləşib. Zəlzələ ocağı 10 km dərinlikdə olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan edilməyib.