Prezident İlham Əliyevin regionda yaratdığı reallıqlar şəxsiyyətlərin və millətlərin öz gələcəklərinə daha açıq gözlə baxmalarını diktə etdi
Son bir neçə gündə Ermənistanda baş verən hadisələr – keçmiş və qatil prezidentlər Robert Koçaryanla Serj Sarkisyanın, o cümlədən erməni milyonçu Qagik Tsarukyanın cinayət məsuliyyətinə cəlb edilmələri burada revanşist və rusiyayönümlü qüvvələri ciddi şəkildə narahat edir. (Hətta bəzi analitiklər ehtimal edirlər ki, keçmiş prezidentlərin cinayəkar əməlləri və soyqırımı təşkil etmələrində iştiraklarına görə Azərbaycana da verilə bilərlər. Çünki onlar bu cinayətləri məhz Azərbaycan vətəndaşları olanda törədiblər.)
Təbii ki, bu proseslərin başlamasında Ermənistanın baş naziri Nikol Paşinyanın rolu mütləqdir. Baş nazir onları və ətrafındakı fiqurları korrupsiyada ittham edərək əllərindəki mülklərini erməni xalqının rifahı naminə müsadirə etməyə çalışır. Çünki zəngin və Rusiyadan hərtərəfli dəstək alan revanşist qüvvvələr hər an Paşinyan hakimiyyətinə təhlükə yarada bilərlər.
Bundan başqa, Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan –Rusiya münasibətlərini müzakirə edərkən sələflərindən fərqli olaraq onun müstəqil siyasət yürütməsi daha aydın görünür. Hətta yeri gələndə Putinlə razılaşmadığını açıq şəkildə nümayiş etdirməsi bir daha göstərir ki, Ermənistan artıq öz gələcəyini daha fərqli bir şəraitdə qurmaq istəyir. Xüsusilə Azərbaycan və Türkiyə ilə iqtisadi –ticari əlaqələri yaratmaq, yaxın gələcəkdə hər iki ölkə ilə sərhədlərini açmaq, bir sözlə, qonşuluq əlaqələrini bərqərar etmək istəyir.
Məhz bu səbəbdəndir ki, Ermənistanın İkinci Qarabağ müharibəsindəki məğlubiyyətindən sonra ölkəmizlə sülh müqaviləsinin imzalanması yolunda əngələ çevrilən bəzi məsələlər məhz Paşinyan hakimiyyəti tərəfindən həll edilməyə başlanıldı. Bunlardan birincisi, Ermənistanın Azərbaycanın haqlı şərtlərini qəbul edərək sərhədlərin delimitasiyası və demarkasiyası proseslərinə razılıq verməsi oldu. Digər önəmli məsələ 2023-cü ilin sentyabrın 19-da həyata keçirilən birgünlük lokal hərbi əməliyyat nəticəsində Qarabağın dağlıq hissəsindəki separatçı və terrorçu xuntanan ləğv edilməsindən sonra Ermənistanda onun tör- töküntülərinə təşkilatlanmağa imkan verilmədi.
Ən başlıcası isə Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün ölkəmizin tələb etdiyi konstitusiya dəyişikliklərinə getməyə hazırlaşmasıdır. Sözügedən dəyişikliklərdə Ermənistanın Azərbaycana və qardaş Türkiyəyə qarşı mövcud olan ərazi iddiaları ləğv olunacaqdır. Həmçinin Zəngəzur dəhlizinin açılması gerçəkləşəcəkdir. Artıq bununla bağlı 2025-ci ildə Vaşiqntonda ABŞ Prezident Donald Trampın vasitəçiliyi ilə Prezident İlham Əliyevlə, Baş nazir Nikol Paşinyanın birgə sənəd imzalanması da reallaşdı. Hazırda bu istiqamətdə hər iki ölkədə hazırlıq işləri davam edir.
Xüsusi qeyd edilməlidir ki, Azərbaycanla Ermənistan arasında ticarət əlaqələri qurulub və artıq 2026-cı ildə təqribən 17 milyon dollarlıq ixrac-idxal əməliyyatları aparılıb. Azərbaycan tərəfindən neft məhsulları ixrac olunub. Ermənitadan isə kənd təsərrüfatı məhsulları idxal etmişik.
Bu yaznı oxuyan oxucularımıza ilk anlarda belə təəssürat yarana bilər ki, Nikol Paşinyana qarşı simpatiyamız var. Təbii ki, ydur və ola da bilməz. Çünki bu həmin Nikoldur ki, 2019-cu ilin avqustunda işğalda olan Xankəndidə çıxış edərək populist şəkildə «Qarabağ Ermənistandır və nöqtə» demişdir. Onun cavabını isə elə həmin ilin okytaybrında Prezident İlham Əliyev Soçidə keçirilən «Valday» forumunun plenar sessiyasında bütün dünyanın gözü qarşəsında vermişdir: «Qarabağ Azərbaycandır və nida işarəsi»!!!
Bundan başqa, Paşinyan baş nazir kimi ilk çıxışlarından birində bildirmişdi ki, hüquqi və mənəvi baxımdan onun Dağlıq Qarabağın (qondarma qurum) adından Azərbaycanla danışıqlar aparmağa haqqı yoxdur. Əsas arqument kimi o, manipulyativ formada, qondarma qurumun «parlamenti», «prezidenti» və «hökuməti» olan «müstəqil respublika » olduğunu misal göstərmişdi. Yəni Qarabağda separatizmi və terorçuluğu dəstəkləmişdi.
Paşinyanın ölkəmizə yönəlik ən rəzil fikirlərindən biri isə Qarabağdan çıxan (əslində zorla, silah gücünə çıxarılan- müəl. ) azərbaycanlıların Azərbaycan vətəndaşlığını qəbul ediblər deməsi oldu. Hətta daha da irəli gedərək dedi ki, onlar Azərbaycan Prezidentinin seçilməsində iştirak edirlər və buna görə də Azərbaycanın dövlət başçısı onların adından danışa bilər. Qondarma qurumun vətəndaşları isə Ermənistan hakimiyyətinin seçkilərində iştirak etməyiblər, buna görə də Ermənistan hakimiyyəti onları təmsil edə bilməz: « Buna görə də Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlarda «qarabağlılar»ın öz səsi olmalıdır.»
Bəli, məhz bunları ona görə xatırlatdım ki, Nikol Paşinyanın bu günki müstəqil və qətiyyətli görünən siyasətçi obrazı ilə bir neçə il əvvəlki separatizmi dəstəkləyən, böyük himayədarlarına güvənən və ölkəmizə meydan oxuyan şəxsiyyətini myqayisə edə biləsiniz. Buradan görünür ki, yeni və daha modern Paşinyanın yaradıcısı, Qalib Azərbaycanın Ali Baş Komandanı , Prezident İlham Əliyevin bölgədə yaratdığı hərbi, siyasi və iqtisadi reallıqlardır. Məğlub və zəif Ermənistanın yaşamsı üçün Paşinyanın və onun xalqının bu reallıqlarla barışması şərtdir. Yoxsa, Ermənistanın bir dövlət olaraq bundan sonrakı taleyi qaranlıq olaraq qalacaqdır.
Məhz bu reallığı gec də olsa anlayan Nikol Paşinyan çıxışlarında 100 illərdir mifləşdirilərək «dənizdən dənizə böyük Ermənistan» xülyasını deyil, 29 min kvadratkilometrlik kiçik, lakin müasir Ermənistanın rəhbəri olmaq istədiyini bildirib.
Elçin Zaman, «İki sahil»
Bişkek diplomatiyası və Azərbaycanın çoxqütblü dünyada artan geosiyasi çəkisi
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər