SOCAR ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi (FHN) arasında əməkdaşlıq çərçivəsində 4 ədəd yeni yanğınsöndürən avtomobil alınıb.
“İki sahil” xəbər verir ki, müasir tələblərə cavab verən yeni yanğınsöndürən avtomobillər SOCAR-ın “Azneft” İstehsalat Birliyinin Neft və qazçıxarma idarələrinə təhvil verilib.
Yeni texnikaların istifadəyə verilməsi neft-qazçıxarma müəssisələrində yanğın təhlükəsizliyinin daha da gücləndirilməsinə, mümkün fövqəladə hallara operativ və effektiv müdaxilə imkanlarının artırılmasına, insanların həyat və sağlamlığının, eləcə də istehsalat obyektlərinin qorunmasına xidmət edir.
SOCAR və FHN arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər gələcəkdə də istehsalat obyektlərində yanğın təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasına, texniki və maddi-texniki imkanların gücləndirilməsinə yönəldiləcək.