14 sentyabr 2026 13:47
100

Azərbaycan və İordaniya arasında ümumvətəndaş pasport sahibləri üçün viza rejimi ləğv edilir

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 14-də keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

“İki sahil” xəbər verir ki, qanun layihəsinə əsasən Azərbaycanla İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi nəzərdə tutulur.

Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq Milli Məclisin plenar iclasına tövsiyə edilib.