Fransanın Slovakiyanın Rusiya əleyhinə sanksiyalar siyahılarından müəyyən şəxslərin çıxarılması tələbini dəstəkləmək qərarı Aİ ölkələrini təəccübləndirib.
“İki sahil” xəbər verir ki, bu barədə "Politico"nun adı açıqlanmayan bir diplomata istinadla məlumat yayıb.
"Səfirlər qüvvədən düşənə qədər Aİ-nin Rusiyaya qarşı sanksiyalarının müddətini uzatmağa çalışırlar, lakin Slovakiya əsas müddəalara qarşı çıxır, Fransa da müzakirələrə müdaxilə etdi ki, bu da hamı üçün gözlənilməz oldu", – deyə nəşrdə qeyd olunur.
"Financial Times" qəzetinin məlumatına görə, fikir ayrılıqları Rusiya iş adamı Əlişir Usmanovun sanksiya siyahısından çıxarılması məsələsi üzrə yaranıb. Slovakiya və Fransa bu qərarı dəstəkləyib, daha sonra Xorvatiya və İtaliya da onlara qoşulub. Məhdudiyyətlərin uzadılması üçün birliyin bütün dövlətlərinin yekdilliyi tələb olunur.
"Euronews" telekanalının qeyd etdiyi kimi, Fransanın Usmanova qarşı sanksiyaların ləğvi tələbinə qoşulması razılığın əldə olunmasını çətinləşdirə bilər.
Avropa Komissiyası sosial şəbəkələrdən istifadəyə yaş məhdudiyyəti təklif edəcək
Finlandiya sülh dövründə öz ərazisində nüvə silahı yerləşdirmək niyyətində deyil - Stubb