14 sentyabr 2026 15:30
83

Kardiff sammitində memorandum imzalanıb

Şimali İrlandiya, Uels və Şotlandiyanın birinci nazirləri Mişel O'Nil, Run ap İorvert və Con Suinni regionların öz müqəddəratını təyin etmək hüququnu ehtiva edən qarşılıqlı anlaşma memorandumu imzalayıblar. Kardiffdə imzalanan sənəddə bu regionların gələcəyini Avropa İttifaqının tərkibində gördükləri vurğulanır və London hökumətindən Birləşmiş Krallıqdan ayrılmaqla bağlı referendumların keçirilməsi üçün konstitusiya dəyişikliklərinə şərait yaratmaq tələb olunur.

“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Lakin qeyd olunur ki, liderlər bu sənədi rəsmi dövlət başqaları qismində deyil, müvafiq olaraq "Şinn feyn", Uels və Şotlandiya millətçi partiyalarının təmsilçiləri kimi imzalayıblar. Məsələn, Şimali İrlandiyanın Baş nazir müavini Emma Littl-Pengelli O'Nilin bölgə adından razılıqsız sənəd imzalamaq səlahiyyətinin olmadığını bildirib.

Kardiff sammiti ABŞ prezidenti Donald Trampın İrlandiyanın birləşməsini dəstəklədiyini bildirməsindən və Britaniya baş nazirinin Şotlandiya və Şimali İrlandiyada müstəqillik referendumlarının keçirilməsini istisna etməsindən qısa müddət sonra baş tutub.