Birləşmiş Ştatların Vitse-prezidenti Cey Di Vens ABŞ və Ukrayna liderlərinin qarşıdan gələn görüşündən sonra Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasında irəliləyiş gözləyir.
“İki sahil” xəbər verir ki, o bunu Nyu-Yorka yola düşməzdən əvvəl jurnalistlərə açıqlayıb. "Bu, həll edilməsi ən çətin beynəlxalq münaqişələrdən biridir. Düşünürəm ki, o (ABŞ Prezidenti Donald Tramp - red.) Zelenski ilə (Ukrayna Prezidenti Volodimir Zelenski - red.) ya sabah, ya da birisigün görüşəcək. Buna görə də müəyyən irəliləyişin əldə ediləcəyinə əminəm", - o vurğulayıb. Vensin sözlərinə görə, ABŞ Rusiya Federasiyası ilə Ukrayna arasındakı münaqişənin sülh yolu ilə nizamlanması istiqamətində səylərini davam etdirmək niyyətindədir və yekunda münaqişənin aradan qaldırılacağına əmindir.
"Mən bu problemi fəal şəkildə həll etməyə çalışan prezidentlə işləməyə üstünlük verirəm. Biz onu həll etməyə cəhd göstərməyə davam edəcəyik. Yekunda bunun həll ediləcəyini düşünürəmmi? Bəli, bu, sadəcə zaman məsələsidir", - o bildirib.
Daha əvvəl Zelenski Trampla görüş barədə razılığa gəldiyini bildirib. Onun sözlərinə görə, görüş Nyu-Yorkda baş tutmalıdır.
2025-ci ildə dünya üzrə miqrasiya yollarında təxminən 8 min nəfər ölüb və ya itkin düşüb
Hakan Fidan "100-cü ilə qədəm qoyan Türkiyə-ABŞ münasibətləri" panelində çıxış edib
ABŞ Belarusdan kalium gübrələrinin alınması üzrə böyük razılaşma üzərində işləyir