ABŞ Belarusdan kalium gübrələrinin alınması üzrə böyük razılaşma üzərində işləyir.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social"da bildirib. "Birləşmiş Ştatlar Belarusdan kalium gübrələrinin alınması üzrə böyük bir razılaşma üzərində işləyir. Qiymət hazırda Kanadaya ödədiyimizdən əhəmiyyətli dərəcədə aşağı olacaq, bu da fermerlərimiz və ranço sahiblərimiz üçün çox yaxşı xəbərdir", - o yazıb.
Daha əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, Minsk Vaşinqtonla sanksiyaların gələcəkdə ləğv edilməsini, səfirliklərin tam fəaliyyətinin bərpasını və Belarus kalium gübrələrinin tədarükünü əhatə edə biləcək böyük razılaşmaya hazırdır.
Hörmüz boğazında gün ərzində ikinci tankerlə bağlı insidentin baş verdiyi açıqlanıb
İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 52-ci sessiyasına hazırlıq məsələləri müzakirə edilib
2025-ci ildə dünya üzrə miqrasiya yollarında təxminən 8 min nəfər ölüb və ya itkin düşüb
Hakan Fidan "100-cü ilə qədəm qoyan Türkiyə-ABŞ münasibətləri" panelində çıxış edib