İran hökuməti ABŞ-nin Yaxın Şərqdə apardığı siyasətin İslam ölkələrini yaxınlaşdırdığına inanır.
“İki sahil” "IRIB-yə istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian Pakistanın daxili işlər naziri Möhsün Rza Nəqvi ilə görüşdə bildirib. "İnanırıq ki, Amerikanın addımları və təzyiqləri İslam ölkələri arasında yaxınlaşmanın, davamlı qarşılıqlı əlaqələrin artmasına zəmin yaradıb və İran ilə Pakistan nümayəndə heyətləri arasındakı çoxsaylı görüşlər, məsləhətləşmələr bu prosesin aydın nümunəsi hesab olunur", - Pezeşkian vurğulayıb.
Onun sözlərinə görə, İran və Pakistan regionun qüdrətli ölkələrindəndir və böyük insan potensialına, zəngin resurslara malikdir: "Əgər bu potensialları bir araya gətirsək, əl-ələ versək, daxili və regional imkanlara arxalanaraq bir çox ehtiyaclarımızı təmin edə bilərik".
Pakistanın daxili işlər naziri iki ölkə arasındakı əlaqələri və əməkdaşlığı bütün sahələrdə daha da inkişaf etdirmək əzmində olduqlarını qabardıb.
Hörmüz boğazında gün ərzində ikinci tankerlə bağlı insidentin baş verdiyi açıqlanıb
İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 52-ci sessiyasına hazırlıq məsələləri müzakirə edilib
2025-ci ildə dünya üzrə miqrasiya yollarında təxminən 8 min nəfər ölüb və ya itkin düşüb
Hakan Fidan "100-cü ilə qədəm qoyan Türkiyə-ABŞ münasibətləri" panelində çıxış edib
ABŞ Belarusdan kalium gübrələrinin alınması üzrə böyük razılaşma üzərində işləyir