Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi Hörmüz boğazında gün ərzində ikinci tankerlə bağlı insidentin baş verdiyini açıqlayıb.
“İki sahil” xəbər verir ki, Hörmüz boğazı yaxınlığında üzən LNG tankeri naməlum mərmilərin qəlpələrinin düşməsi nəticəsində zədə alıb. Hadisə zamanı heyət üzvləri arasında xəsarət alanların olmadığı bildirilir. Vurğulanır ki, hadisə nəticəsində ətraf mühit üçün mənfi təsir yaranmayıb. Gəminin hansı ölkəyə aid olduğu açıqlanmayıb.
Xatırladaq ki, gün ərzində baş vermiş oxşar hadisə zamanı gəminin heyət üzvlərindən ikisi yaralanıb.
İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 52-ci sessiyasına hazırlıq məsələləri müzakirə edilib
2025-ci ildə dünya üzrə miqrasiya yollarında təxminən 8 min nəfər ölüb və ya itkin düşüb
Hakan Fidan "100-cü ilə qədəm qoyan Türkiyə-ABŞ münasibətləri" panelində çıxış edib
ABŞ Belarusdan kalium gübrələrinin alınması üzrə böyük razılaşma üzərində işləyir