22 sentyabr 2026 16:25
93

ABŞ Ukraynanın Amerika nefti daşıyan gəmilərə zərbələr endirməsindən narahatdır

ABŞ administrasiyası Ukrayna münaqişəsi zamanı Amerika nefti daşıyan gəmilərin Kiyev tərəfindən hücumlara məruz qalmasından narahatdır.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Marko Rubio bildirib.

"Fox News" telekanalına müsahibə verən ABŞ diplomatiyasının rəhbəri qeyd edib: "Digər tərəfdən, bu münaqişənin nəticələri var. Lakin bizi narahat edən odur ki, son bir neçə ay ərzində ABŞ-la əlaqəli gəmilər, Amerika neft tədarükləri bir neçə dəfə hədəfə çevrilib. Ehtimal ki, qəsdən deyil, lakin buna baxmayaraq, onlar Ukrayna tərəfindən hədəfə alınıblar. Və bax, bu problemi həll etmək lazımdır. Biz bunun baş verməsinə imkan verə bilmərik. Lakin, təbii ki, başa düşdüyünüz kimi, məhz buna görө prezident Donald Tramp həmişə bu müharibəyə son qoymağa çalışıb və bunun baş verməsi üçün əlindən gələni etməyə hazırdır. Bu, asan deyil, lakin biz hələ də vəziyyətin dəyişə biləcəyinə ümid edirik".