22 sentyabr 2026 16:47
90

Rubio Hörmüz boğazından keçən neft tədarükünün həcminin artacağını proqnozlaşdırıb

Hörmüz boğazı vasitəsilə neft daşıyan tankerlərin sayı artacaq.

“İki sahil” xəbər verir ki, bu barədə "Fox News" telekanalına müsahibəsində ABŞ-ın dövlət katibi Marko Rubio bildirib.

ABŞ diplomatiyasının rəhbəri qeyd edib: "Hörmüz boğazından hazırda həmişəkindən daha çox neft keçir. ABŞ silahlı qüvvələri prezident Donald Trampın sərəncamı ilə bu akvatoriyanı minalardan təmizləyib. Hər gün görürsünüz ki, ordan getdikcə daha çox gəmi çıxır. Münaqişə başlamazdan əvvəl hasil edilən neftin əhəmiyyətli hissəsi indi bu boğaz vasitəsilə bazara daxil olur və bu həcm artmaqda davam edəcək. Eyni zamanda, İran heç nə ixrac edə bilmir, çünki bizim blokadamız çox sərt şəkildə işləyir. Heç nə ixrac olunmur, buna görə də onlar heç bir mənfəət əldə etmirlər. Dünya bazarına daha çox neft daxil olur. İrandan neft ixrac olunmur və ölkə iqtisadiyyatına ciddi zərbə vuran qəddar sanksiyalarla üzləşir, bunun üçün yüksək iqtisadi qiymət ödəyir. Hadisələrin dinamikası bundan ibarətdir. Bazara getdikcə daha çox neft daxil olduqca, yaxın həftələrdə onların üçün vəziyyətin necə pisləşməyə davam etdiyini görəcəksiniz, sanksiyalar isə həqiqətən də özünü büruzə verməyə başlayır".

Daha əvvəl "NBC News" telekanalına müsahibəsində o bildirmişdi ki, Hörmüz boğazından İrana qarşı müharibədən əvvəl qeydə alınan həcmlərin 60-70%-i qədər neft tədarükü keçir.