22 sentyabr 2026 16:53
88

ABŞ BMT Baş Assambleyası müddətində İranın XİN başçısı Əraqçiyə mühafizə ayıracaq

ABŞ Nyu-Yorkda keçirilən BMT Baş Assambleyası günlərində İranın xarici işlər naziri Abbas Əraqçiyə mühafizə təmin edəcək.

“İki sahil” xəbər verir ki,  bu barədə "Axios" portalı ABŞ Dövlət Departamentinin İranın BMT yanındakı daimi nümayəndəliyinə ünvanladığı və onun sərəncamına daxil olan məktuba istinadla məlumat verib.

Onun sözlərinə görə, İran Nyu-Yorka səfəri zamanı Əraqçiyə mühafizə ayrılması üçün ABŞ-a sorğu göndərib.

ABŞ Dövlət Departamenti onun ünvanına səslənən təhdidlərlə bağlı qiymətləndirmə aparıb və ona Diplomatik Mühafizə Xidmətindən mühafizə ayırmağa razılaşıb.