Lixtenşteyn oyunu öncəsi məsuliyyət var.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Emin Mahmudov mətbuat konfransında deyib. Yığmanın kapitanı Millətlər Liqasının D Liqasının 2-ci qrupunda Lixtenşteynə qarşı keçirəcəkləri oyun barədə danışıb: "Sabah bizim üçün vacib oyun olacaq. Görüşə ciddi hazırlaşmışıq. Baş məşqçinin tapşırıqlarını da düzgün yerinə yetirməklə qələbə qazanmaq istəyirik. Bu matç öncəsi məsuliyyət var".
Xatırladaq ki, Millətlər Liqasının Azərbaycan - Lixtenşteyn oyunu sabah, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün "Slaviya" ilə üz-üzə gələcək
Azərbaycan Peşəkar Boks Federasiyasında yeni dövr başlayır – rəhbərlik yenilənib
“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var