Kürdəmirdə toyda kütləvi zəhərlənmə baş verib.
“İki sahil” xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən "Günəş" şadlıq sarayında qeydə alınıb. Belə ki, mərasim iştirakçılarının 13-ü qidadan zəhərlənib. Zərərçəkənlər Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb, vəziyyətləri orta ağırdır.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Fakt araşdırılır.