Bakı Kubokunu “Qarabağ” və “Ulduz” Bakı Kubokunu qazandı
Final oyunları
30 sentyabr
U-14
“Qarabağ” – “Sabah” 2:0
Qollar: №7. İbrahim Müzəffərli (23, pen.), №14. Ceyms Eziyaşi (60)
Baş hakim: Gülnurə Əkbərzadə
Köməkçi hakimlər: Sadiq Əliyev, Toğrul İbadov
Dördüncü hakim: Ləman Əmirli
Hakim inspektor: Orxan Məmmədov
Oyun meneceri: Fərid Nağdaliyev.
U-15
“Ulduz” – “Neftçi” 2:1
Qollar: №19. Onur Əmirzadə (66) // №14. Nihat Bəylərli (4, 37)
Baş hakim: İlqar Əhmədov
Köməkçi hakimlər: Zakir Şükürzadə, Təhmin Cəlilbəyli
Dördüncü hakim: Fuad Mirzəyev
Hakim inspektor: Orxan Məmmədov
Oyun meneceri: Fərid Nağdaliyev.
Bununla da “Sabahın ulduzları” Bakı Kuboku uğrunda yarışlar başa çatdı.
U-14 yaş qrupunda kuboku “Qarabağ” komandası qazandı. U-15 yaş qrupunda isə fəxri mükafata “Ulduz” sahib oldu.
Qruplarda ilk dördlüklər açağıdakı kimi formalaşdı:
U-14
1. “Qarabağ”
2. “Sabah”
3. “Ulduz”
4. “Neftçi”
U-15
1. “Ulduz”
2. “Neftçi”
3. “Qarabağ”
4. EFA
Final oyunundan sonra mükafatlandırma mərasimi keçirilmişdir. Mərasimdə AFFA-nın baş katibi Cahangir Fərəcullayev, baş katibin müavini Elçin Məmmədov, “Sabahın ulduzları”nın baş sponsoru, Alpex şirkətinin prezidenti Sərdar Salmanzadə, BFF prezidenti Tahir Süleymanov, futbol ictimaiyyətinin nümayəndələri, veteran futbolçular iştirak etmişlər.
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün "Slaviya" ilə üz-üzə gələcək
Azərbaycan Peşəkar Boks Federasiyasında yeni dövr başlayır – rəhbərlik yenilənib
“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var