01 oktyabr 2026 16:28
167

Rusiya futbolu tarixinin ən məhsuldar bombardiri karyerasını başa vurdu

Rusiyalı hücumçu Artyom Dzyuba peşəkar karyerasını başa vurub. Eyni zamanda, o, FONBET Rusiya Kubokunda hər hansı bir klubda çıxış edə biləcəyini istisna etməyib.

“İki sahil” xəbər verir ki, bu barədə "RB Sport" nəşri məlumat yayıb.

Rusiya futbolu tarixinin ən məhsuldar bombardiri olan 38 yaşlı futbolçunun sözlərini sitat gətirən nəşr yazır: "Karyera bitdi. Hamısı budur. Rəsmi olaraq bəyan edə bilmirəm. Bəlkə də, kiminsə heyətində Kubokda bir daha oynayacağam".