02 oktyabr 2026 21:03
94

19 yaşadək futzalçılar arasında keçiriləcək AÇ-2027-nin əsas mərhələsinin püşkü atılıb

19 yaşadək futzalçılar arasında keçiriləcək AÇ-2027-nin əsas mərhələsinin püşkü atılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasından məlumat verilib. Tədbirdə Azərbaycan millisinin rəqibləri də müəyyənləşib. Yığma 7-ci qrupda Ukrayna, Xorvatiya və Yunanıstanla mübarizə aparacaq.

Bu qrupun oyunları gələn il martın 30-dan aprelin 4-dək Xorvatiyada keçiriləcək. Yalnız qrup qalibləri Qazaxıstanda təşkil olunacaq final mərhələsinə vəsiqə qazanacaq.