02 oktyabr 2026 22:50
107

"Fənərbağça" Azərbaycanla bağlı paylaşım edib

"Turan Tovuz"la yoldaşlıq oyunu üçün Bakıya gələn Türkiyənin "Fənərbağça" komandası Azərbaycanla bağlı paylaşım edib.

“İki sahil” xəbər verir ki, İstanbul təmsilçisinin sosial şəbəkə hesablarında Azərbaycan və Türkiyənin bayraqları paylaşılıb.Paylaşımda, həmçinin "Salam, qardaş, Can Azərbaycan!" sözləri yazılıb.

Qeyd edək ki, oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Turan Tovuz" - "Fənərbağça" matçı saat 20:00-da başlayacaq.