Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında Azərbaycan millisinin üzvü Rəşid Məmmədəliyev bürünc medal uğrunda mübarizə aparacaq.
-73 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz yarışa 1/16 final mərhələsindən başlayıb. Rəşid Məmmədəliyev ilk görüşündə kanadalı Castin Lemirə, 1/8 finalda isə Böyük Britaniya təmsilçisi İtan Nernə qalib gələrək 1/4 finala yüksəlib.
Bu mərhələdə Fransa cüdoçusu Dayan Bulemtafesə məğlub olan Məmmədəliyev mübarizəni təsəlliverici görüşdə davam etdirib. O, italiyalı Leonardo Valerianini məğlub edərək bürünc medal qarşılaşmasına vəsiqə qazanıb.
Rəşid Məmmədəliyev üçüncü yer uğrunda görüşdə Braziliya təmsilçisi Daniel Karninlə qarşılaşacaq.
Milli Gimnastika Arenasında baş tutan mundialın final bloku saat 18:00-da başlayacaq.
Rəşad Nəbiyev Bakıda keçirilən dünya çempionatında medal qazanan idmançıları təbrik edib
Beynəlxalq Cüdo Federasiyasının (IJF) bayrağının təhvil-təslim mərasimi keçirilib
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər