02 oktyabr 2026 19:00
96

Bakıda stolüstü tennis üzrə beynəlxalq seminar başlanıb​

 

Oktyabr ayının 1-dən 10-dək Bakıda stolüstü tennis üzrə seminarlar keçiriləcək. Beynəlxalq Stolüstü Tennis Federasiyası tərəfindən təşkil edilən seminarlar tanınmış məşqçi Yevgeniy Timçenkoya həvalə olunub. Qazaxıstanlı mütəxəssis 1-7 oktyabr tarixlərində  məşqçilər ücün "LEVEL 1" adlanan hazırlıq prosesində həm nəzəri, həm praktiki dərslər keçəcək. Oktyabrın 8-dən 10-dək isə uşaqlar ücün məşqlər təşkil olunacaq. Qeyd edək ki, seminarlar "Şüa İdman-Sağlamlıq Kompleksi"ndə keçiriləcək