10 oktyabr 2026 19:56
123

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib

Həndbol üzrə Avropa Kubokunun (EHF European Cup) ikinci təsnifat mərhələsində mübarizə aparan qadınlardan ibarət “Kür” klubu tarixində ilk dəfə avrokubokların növbəti mərhələsinə adlamağa yaxındır.

“İki sahil” xəbər verir ki, Mingəçevir şəhərindəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan ilk qarşılaşmada təmsilçimiz Kiprin “APOEL” komandası ilə üz-üzə gəlib. Görüş komandamızın 40:18 hesablı inamlı qələbəsi ilə başa çatıb.

Komandalar arasındakı cavab oyunu oktyabrın 11-də keçiriləcək.