11 oktyabr 2026 09:00
166

Cüdo üzrə böyüklər arasında dünya çempionatı çərçivəsində Beynəlxalq Cüdo Federasiyasının (IJF) bayrağının təhvil-təslim mərasimi keçirilib

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı çərçivəsində Beynəlxalq Cüdo Federasiyasının (IJF) bayrağının təhvil-təslim mərasimi keçirilib.

Milli Gimnastika Arenasında təşkil olunan mərasimdə Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli, IJF-in baş katibi doktor Lisa Allan və Qazaxıstan Cüdo Federasiyasının prezidenti Kuanyşbek Yesekeyev iştirak ediblər.

IJF bayrağı arenadakı bayraq dirəyindən endirilərək əsas səhnəyə gətirilib. Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli bayrağı IJF-in baş katibi Lisa Allana təqdim edib.

Daha sonra Lisa Allan bayrağı 2027-ci ildə cüdo üzrə dünya çempionatına ev sahibliyi edəcək Qazaxıstanın nümayəndəsi Kuanyşbek Yesekeyevə təhvil verib.

Bununla dünya çempionatına ev sahibliyi simvolik olaraq Bakıdan Astanaya keçib. Tədbirin sonunda 2027-ci ildə Qazaxıstanın paytaxtında keçiriləcək dünya çempionatının təqdimat videosu nümayiş olunub.