AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının VII turu ilə bağlı qərarlarını açıqlayıb.
“İki sahil” xəbər verir ki, “Araz-Naxçıvan” – “Kəpəz” oyununda hesab tablosu işləmədiyinə görə ev sahibi komanda 2000 manat cərimə edilib.
“Neftçi” – “Sabah” qarşılaşmasında rəqib komandanın futbolçusunun ünvanına azarkeşlər tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “ağ-qaralar” 5000 manat cərimələnib.
Həmin qarşılaşmada 4 futbolçusu sarı vərəqə alan “Sabah” isə 700 manat cərimə edilib.
Bundan başqa, “İmişli” – “Qarabağ” oyunu başa çatdıqdan sonra meydana kənar şəxslər daxil olduğuna görə Mərkəzi Aran təmsilçisi 2500 manat ziyana düşüb.
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün "Slaviya" ilə üz-üzə gələcək
Azərbaycan Peşəkar Boks Federasiyasında yeni dövr başlayır – rəhbərlik yenilənib
“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var