14 oktyabr 2026 09:35
110

Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib

Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib.

“İki sahil” xəbər verir ki, bu, "Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Çexiyanın "Slaviya" komandasını məğlub etməsi (2:0) sayəsində mümkün olub.

Qalibiyyət sayəsində ölkənin aktivinə 0,500 əmsal əlavə olunub. Azərbaycan (24,187) hazırda reytinqdə 24-cü sıradadır. 25-ci mövqedə İsrail (24,125), 23-cü yerdə Ukrayna (24,337) qərarlaşıb.

Xatırladaq ki, UEFA reytinqində İngiltərə (104,019) liderdir.