14 oktyabr 2026 11:30
93

51, 118A və 162 nömrəli marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib

 

 

Sərnişindaşıma sahəsində rəqabətli mühitin,marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq paytaxtın 51 nömrəli şəhərdaxili, 118A və 162 nömrəli şəhərətrafı avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.

 

51 nömrəli (Bəkir Çobanzadə küçəsi – Polad Həşimov küçəsi) marşrut üzrə hüquqi şəxs "Bus Trans" MMC;

 

118A nömrəli (“Koroğlu” NMM – Zabrat qəsəbəsi) marşrut üzrə hüquqi şəxs "Baku Trans–2022" MMC;

 

162 nömrəli (Ramana Yeni yaşayış kompleksi –"Koroğlu" NMM) marşrut üzrə hüquqi şəxs "Xaliq Faiqoğlu" MMC qalib elan olunublar.

 

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.

 

Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır