14 oktyabr 2026 12:10
124

Bakı Limanında konteyner daşımaları 30 % artıb

Bu ilin yanvar-sentyabr aylarında "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus Bakı Beynəlxalq Dəniz Limanında təxminən 100 000 TEU həcmində konteyner daşınması həyata keçirilib.

“İki sahil” xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Bu, ötən ilin eyni dövrü ilə (77 300 TEU) müqayisədə təxminən 30 % çoxdur və növbəti rekord göstəricidir.

Analoji dövrdə limanda aşırılmış ümumi yük həcmi 4 % artaraq 6,35 milyon tona, quru yük həcmi isə 71 % artaraq 1,75 milyon tona çatıb.