14 oktyabr 2026 14:29
89

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil edilir

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq məqsədilə oktyabrın 17-də və 18-də Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçirəcək.

QSC-dən "İki sahil"ə bildirilib ki, Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafikə uyğun olaraq gündəlik səfərlər təşkil olunur.

Sərnişinlər biletləri ADY-nin rəsmi internet saytından, “ADY Mobile” mobil tətbiqindən və ya dəmir yolu kassalarından əldə edə bilərlər.