19 oktyabr 2026 16:15
152

Ağdamda “Gələcəyin dövlət xidmətləri” ideya müsabiqəsi keçirilib

 

16 oktyabr 2026-cı il tarixində Ağdam şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin dəstəyi ilə “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “Gələcəyin dövlət xidmətləri” ideya müsabiqəsi keçirilib.

Tədbirin əsas məqsədi əməkdaşlar arasında innovativ düşüncə tərzinin təşviqi, süni intellekt savadlılığının artırılması, komanda işi bacarıqlarının inkişaf etdirilməsi, eləcə də dövlət xidmətlərinin gələcəyinə dair yeni ideyaların formalaşdırılması olub.

İdeya müsabiqəsi çərçivəsində iştirakçılar “Şəhər və xidmət dizaynı” mövzusu ətrafında bir araya gələrək şəhər mühitində dövlət xidmətlərinin əlçatanlığının və səmərəliliyinin artırılmasına yönəlmiş innovativ həllər üzərində çalışıblar. 

Komandalar real problemləri müəyyənləşdirib, süni intellekt alətlərindən istifadə etməklə həll konsepsiyaları, prototiplər və xidmət ssenariləri hazırlayıblar.


Müsabiqənin yekununda komandalar hazırladıqları ideyaları münsiflər heyətinə təqdim ediblər. Təqdimatlar qiymətləndirildikdən sonra qaliblər müəyyənləşdirilib.