Əgər Ukraynanın “Starlink” sisteminə çıxışında problem varsa, onun həllini təmin edəcəyəm.
“İki sahil” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərin suallarını cavablandırarkən bildirib.
ABŞ Prezidenti məsələ ilə əlaqədar “SpaceX” şirkətinin rəhbəri İlon Maskla hələ danışmadığını qeyd edib.
“İlon Maskla danışmamışam. Ola bilsin, onunla danışmalı olum. Problem həll edilməyibsə, onunla danışacağam. Eşitdiyimə görə, məsələ artıq həll olunub”, – deyə Tramp bildirib.
Jurnalistin Ukrayna Prezidenti Volodimir Zelenskinin “Starlink” sisteminin ölkədə hələ də işləmədiyini bildirdiyini xatırlatmasına cavab olaraq Tramp deyib: “Bu barədə eşitməmişəm, amma məsələni araşdıracağam”.
Danimarkanın Baş nazirinin miqrasiya ilə bağlı açıqlamaları Avropa Parlamentində fikir ayrılığına səbəb olub
İrakli Kobaxidze: Azərbaycanla danışıqlar nəticəsində iqtisadi təhlükəsizliyimizlə bağlı ən vacib razılaşmalara nail olduq