ABŞ və İran arasında münaqişənin daha da gərginləşməsi heç bir tərəfə fayda gətirməyəcək və karbohidrogenlərin qiymətlərinə ciddi təsir göstərə bilər.
“İki sahil” "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro İstanbulda jurnalistlərə bildirib.
Onun sözlərinə görə, yeni gərginlik, böyük ehtimalla, enerji resurslarının qiymətinə əhəmiyyətli təsir göstərəcək.
Bəyanat Barronun Böyük Britaniya, Almaniya, Türkiyə, Misir, Pakistan və Səudiyyə Ərəbistanının XİN başçıları ilə görüşündən sonra səslənib.
Danimarkanın Baş nazirinin miqrasiya ilə bağlı açıqlamaları Avropa Parlamentində fikir ayrılığına səbəb olub
İrakli Kobaxidze: Azərbaycanla danışıqlar nəticəsində iqtisadi təhlükəsizliyimizlə bağlı ən vacib razılaşmalara nail olduq