ABŞ Çin şirkətlərinə qarşı yeni məhdudiyyətlər tətbiq etdikdən sonra Çin öz maraqlarını qorumaq üçün zəruri tədbirlər görəcək.
“İki sahil” xəbər verir ki, bu barədə ÇXR Ticarət Nazirliyinin bəyanatında bildirilir.
"ABŞ siyasi manipulyasiyaları, böhtan və hücumları, eləcə də Çin müəssisələrinə qarşı əsassız təzyiqləri dərhal dayandırmalıdır. Çin zəruri tədbirlər görəcək və öz maraqlarını qətiyyətlə qoruyacaq", — deyə məlumatda qeyd olunur.
ABŞ Daxili Təhlükəsizlik Nazirliyi oktyabrın 28-də məcburi əməyin qarşısının alınması haqqında qanun çərçivəsində üç Çin təşkilatını məhdudiyyət siyahısına daxil edib. ÇXR Ticarət Nazirliyindən bəyan edilib ki, bu addımlar iki ölkə rəhbərlərinin əldə etdiyi razılaşmalara ziddir və ikitərəfli ticarət-iqtisadi münasibətlərin sabitliyini ciddi şəkildə sarsıdır.