04 noyabr 2026 16:04
127

İsrail Prezidenti MSK sədri tərəfindən parlament seçkilərinin rəsmi nəticələrini qəbul edib

İsrail Prezidenti İsxak Hersoq Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Noam Solberqdən oktyabrın 27-də Knessətə (birpalatalı parlamentə) keçirilmiş seçkilərin rəsmi yekun nəticələrini qəbul edib.

“İki sahil” xəbər verir ki, bu barədə prezidentin dəftərxanası məlumat yayıb.

"Mən 26-cı çağırış Knessətə seçkilərin rəsmi nəticələrini qəbul edirəm və qanuna uyğun olaraq onların alındığını təsdiqləyirəm", — deyə Hersoq Solberqin əlindən sənədlər qovluğunu alarkən bəyan edib.

Noyabrın 4-də Hersoqun proqramında seçkilərin yekunlarına əsasən hökumətin qurulması həvalə olunacaq deputatın adını müəyyənləşdirmək üçün Knessətə keçən partiyaların liderləri ilə bir sıra məsləhətləşmələrə başlaması nəzərdə tutulub.